Ölkə futbolu

“Evdə “Vardar”a qarşı oynadığımız kimi oynasaq, “Qarabağ”ı keçəcəyik”

“Oyunun gedişində qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq heç nədən qol buraxdıq”.
 
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kopenhagen”in futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərə açıqlamasında deyib.

O, cavab qarşılaşmasında daha yaxşı oynayacaqlarını bildirib: “Məncə, cavab qarşılaşması öncəsi 0:1 hesablı məğlubiyyət normaldır. Evdə daha yaxşı oynayacağıq. Kopenhagendə tamam başqa oyun olacaq. Biz rəqibi təzyiq altında saxlayaraq, hücumlar edəcəyik. “Vardar”a qarşı oynadığımız kimi oynasaq, heç bir problem olmayacaq. Şanslar bərabərdir. “Qarabağ” yaxşı komandadır, ancaq özümüzə inamımız böyükdür”.
 
Qeyd edək ki, avqustun 23-də “Parken” stadionunda keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43