08 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Əyalət təmsilçisi onu heç bir kluba verməyəcək!

“Qəbələ” futbolçusu Rûfət Əhmədovu hansısa kluba icarəyə vermək niyyətində deyil.

İdmanxeber.az-a daxil olan məlumata görə, ötən mövsümü icarə əsasında “Kəpəz”də çıxış edən futbolçu yenidən müqavilə ilə məxsus olduğu “Qəbələ”yə geri dönüb.

“Qırmızı-qaralar” 21 yaşlı sol cinah müdafiəçisini komandada saxlamaq istəyir. Yeni mövsümdən I liqada çıxış edəcək bölgə klubu heyətində Premyer Liqa təcrübəsi olan futbolçulara güvənmək istəyir. Bu baxımdan da, “Qəbələ” tərəfi Rüfətlə bağlı gələcək mümkün təklifləri geri çevirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43