Dünya futbolu

“Fənərbağça” Kenti iştirak ərizəsinə salmayıb

”Fənərbağça”nın TFF-yə bildirdiyi 14 nəfərlik xarici oyunçu siyahısında Rayan Kent yer almayıb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli oyunçu həmçinin Avropa Liqasında da iştirak ərizəsinə salınmayıb. Kent mövsümün sonuna qədər oyunlarda çıxış edə bilməyəcək.

Qış transfer pəncərəsinin son günündə “Latsio” və “Fənərbağça” keçid barəsində razılaşma əldə etsə də, Kent son anda İtaliya klubuna qoşulmaqdan imtina etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43