20 Fevral 2020
Kateqoriyasız

Fərid Nəbiyevin transferi rəsmən açıqlandı

Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyev Çex Respublikasında klubunu dəyişib. II Liqa təmsilçisi “Viktoriya Jijkov” 20 yaşlı yarımmüdafiəçini “Slvaiya”dan transfer etdiyini bəyan edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, gənc oyunçu ilə 2,5 illik müqavilə imzalanıb. “Viktoriya Jijkov” bu keçid üçün təzminat ödəməyib. Müqavilənin detallarına əsasən, növbəti satışdan əldə olunan gəlirin 20 faizi həm “Qəbələ”yə, həm də “Slaviya”ya ödəniləcək.

“Viktoriya Jijkov”da “Qəbələ”nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.

Oxşar xəbərlər

“Neftçi” “Dinamo”ya uduzdu

admin

UEFA “Qarabağ”a 781 min avro ödədi

admin

“Qarabağ” “Zirə” üçün hazırlaşır – FOTOLAR

admin