31 Yanvar 2023
Kateqoriyasız

Fərid Qayıbov ABŞ-dan olan məşqçilərlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan ABŞ-ın güləş üzrə məşqçiləri Con Smit və Salli Robertsi qəbul edib.

İdmanxeber.az xəbər verir ki, nazir qonaqları salamlayıb və ölkədə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançıların uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın Azərbaycandakı səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak edib.

Con Smit 1987-1992-ci illərdə ardıcıl 6 dəfə sərbəst güləş üzrə dünya çempionu olub. O, 1988-ci ildə Seul, 1992-ci ildə isə Barselona olimpiadasında qızıl medal qazanıb. Sabiq qadın güləşçi Salli Roberts 2003 və 2005-ci illərdə dünya çempionatlarında bürünc medala yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Elə futbolçuların gəlməyindənsə, olmamağı yaxşıdır” – Amil Yunanov

admin

AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat alıb

admin

“Bütün futbolçulara demişəm ki…” – Qurban Qurbanov

admin