05 Oktyabr 2022
Kateqoriyasız

Fərid Qayıbov idman idarələri qarşısında yeni vəzifələr qoyub

Gənclər və idman naziri Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.

Idmanxeber.az-ın məlumatına görə, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan Qayıbov onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib.

Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.

Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar.

Görüş zamanı nazir gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Eddi “Neftçi” azarkeşlərindən nə xahiş etdi?

Səxavət Qurbanov

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Azərbaycan millisinin hücumçusunun Mahaçqaladakı kədərli sonu – VİDEO

admin