İdman

Fərid Qayıbov “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış oldu

Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran şəhərinə səfəri çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub.

İdmanxeber.az-ın məlumata görə, nazir idman zalına baxış zamanı buradakı şərait və qarşıda duran işlərlə maraqlanıb.

O, klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.

F.Qayıbov, həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43