Ölkə futbolu

Fərrux Mahmudov: “Hədəf ölkə kubokunu qazanmaq və…”

Xəbər verdiyimiz kimi, “Neftçi” yeni baş məşqçi – Miodroq Bojoviçlə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş icraçı direktoru Fərrux Mahmudov bu təyinatla bağlı mətbuat konfransında  jurnalistlərin suallarını dəyərləndirib.

– İlk dəfədir ki, “Neftçi”də belə ani təqdimat olur. Bu tələskənlik idi, yoxsa şəffaflıq?

– Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.

– Bojoviçin qarşısına hansı hədəf qoyulub?

– Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.

– Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?

– Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.

– Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?

– Xeyr, yox idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43