Dünya futbolu

Fələstin bayrağı israilliləri özündən çıxartdı

FİFA U-20 mili komandalar arsında keçirilən dünya çempionatında insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, Argentinada keçirilən turnirdə İsraillə Kolumbiya yığmaları üz-üzə gəlib. Oyun davam edərkən tribunada yer alan cənubi amerikalılar qarşı tərəfə Fələstin bayrağını göstərərək, onların əleyhinə şüarlar səsləndiriblər.

Bunun ardından təkhlükəsizlik əməkdaşları azarkeşlərə müdaxilə edib və onları polisə təhvil ediblər. Həmin tərəfdarların həbs olunduğu bildirilir. 

Görüş İsrailin 2:1 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43