Dünya futbolu

“Fənərbağça” ingilis futbolçu transfer edir

“Fənərbağça” heyətinə yeni futbolçu qata bilər.

İdmanxeber.az-ın məlumatına görə, “sarı lacivərdli”lər Şotlandiyanın “Reyncers” klubundan Ryan Kenti transfer etməkdə maraqlıdı. Mövsümün sonu Qlazqo təmsilçisi ilə müqaviləsi başa çatacaq ingilis futbolçunun İstanbul klubuna keçməyə razılaşıb.

Onun yayda “Fənər”ə qoşulacağı bildirilir.

Kentlə “Bolonya”, “Udineze” və “Lids” də yaxında maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43