16 Sentyabr 2024
İdman

“Fənərbağça” İtaliya klubunu məğlub etdi

Basketbol üzrə Avroliqada 23-cü turun qarşılaşmaları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış oyununda “Fənərbağça” “Virtus Bolonya”nı qəbul edib. İlk periyodu 21-25 hesabıyla geridə bitirən “sarı-lacıvərdlilər” növbəti 3 periyodda rəqibinə aman verməyib və görüşü qələbəylə başa vurub – 88:75

Oyunun ən məhsuldar oyunçusu İstanbul təmsilçisindən Conatan Motli olub. O, qarşılaşmanı 23 xal 11 ribaundla bitirib.

Bu qələbədən sonra “Fənərbağça” 14-cü qalibiyyətini alıb. “Virtus Bolonya” isə 15 qələbədə qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43