Dünya futbolu

“Fənərbağça”da ciddi itki

Ötən gün çempionluq yarışında “Konyaspor”la matçda heç-heçə edərək (0:0) növbəti dəfə zərbə alan “Fənərbağça”ya daha bir pis xəbər futbolçusundan gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-bülbüllər”in futbolçusu İrfan Can Kahveci sıradan çıxıb.

28 yaşlı futbolçunun ötən gün Konya səfərində aldığı zədə ciddi olub. Həkimlər onun azı 2 həftə yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43