Dünya futbolu

“Fənərbağça”dan ayrılıb “Olimpiakos”a keçir

Matyu Valbuena karyerasını Yunanıstanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” ilə müqaviləsi başa çatan fransalı futbolçu karyerasını “Olimpiakos”da davam etdirəcək. Tərəflər arasında razılıq əldə olunub və yaxın günlərdə bu transfer ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Valbuena 2017-ci ilin yayından “Fənərbaxça”nın formasını geyinir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43