19 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça”dan İspaniyaya

”Rayo Valyekano” Migel Kresponu heyətinə qatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubu və “Fənərbağça” portuqaliyalı yarımmüdafiəçinin transferi üçün razılığa gəlib. 27 yaşlı oyunçu icarə əsasında La Liga klubunda mövsümün sonuna qədər çıxış edəcək.

Krespo 2021-ci ildən bəri “Fənərbağça”da çıxış edirdi. O, bu mövsüm 18 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43