Kateqoriyasız

“Fənərbağça”nın sabiq futbolçusu “Sabah”da – RƏSMİ

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra komandamızın uğurları üçün çalışacaq. Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.

Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.

Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.

Bu transferin gerçəkləşəcəyini “FutbolPress” öncədən xəbər vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43