Kateqoriyasız

“Fənərbaxça” Azərbaycana gəlir – Klub prezidenti açıqladı

“Fənərbaxça”nın prezidenti Ali Koç Mesut Özilin təqdimat mərasimində Azərbaycan və Türkiyə dostluğu haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, bunları deyib:

“Azərbaycan – Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük.

Azərbaycanda oyun keçirmək xəyalımız var. “Fənərbaxça”nın orada nə qədər sevildiyini bilirəm. Koronavirus və sıx qrafik səbəbindən bunu necə reallaşdıracağımızı bilmirəm. Amma Azərbaycanda oynamağımızı çox istəyərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43