Dünya futbolu

“Fənərbaxça” istədiyi hücumçunu İtalyada tapdı

“Fənərbaxça” hücumçu axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “sarı bülbüllər” sabiq forvardı Vedat Muriqini yenidən komandaya qaytarmağı düşünür. Hazırda “Latsio”da çıxış edən kosovalı hücumçu Ciro İmmobilenin yüksək çıxışı səbəbindən əsas heyətə düşməkdə çətinlik çəkir. Buna görə də, o, komandadan ayrılmağı düşünür.

27 yaşlı hücumçu yenidən “Fənər”ə qayıtmaqda maraqlıdı. Türkiyə klubu qış transsfer pəncərəsində “Latsio”dan Muriqini ən pis halda icarəyə götürməyi düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43