Ölkə futbolu

Fərid Nəbiyev Çexiyada daha iki qol vurdu

Çexiya Gənclər Liqasında pley-off mərhələsinin III turunun oyunları keçirilir.

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” “Çeske-Budeyevitse” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 6:0 hesablı qələbəsiylə başa çatıb.

Matçda start heyətində başlayan Nəbiyev 2 qolun müəllifi olub.

20 yaşlı hücumçu bu mövsüm “Slaviya”nın heyətində 17 qol vurub. “Qəbələ” Futbol Akademiyasının yetirməsi Çexiya Gənclər Liqasının bombardiridi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43