Ölkə futbolu

Fabio Kapello: “Azərbaycan millisinin heyətində xeyli dəyişiklik olub”

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Rusiya yığmasının baş məşqçisi Fabio Kapello oyunöncəsi mətbuat konfransı keçirib.

Çalışdırıcı millimizin heyətində dəyişikliklərin olduğunu bildirib:

“Rəqibin Şimali İrlandiya ilə oyununun videoyazısını izlədim. Azərbaycan millisi həmin oyunda qələbəni haqq etdi. Moskvadakı oyunla müqayisədə Azərbaycan millisinin heyətində xeyli dəyişiklik olub. Hazırda rəqibin heyətində 8 yeni futbolçu var.

Bu matça ciddi hazırlaşmışıq və sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Bizə yalnız bir nəticə lazımdır – qələbə. Heç-heçə bizə maraqlı deyil. Bundan öncə olduğu kimi sabah da yalnız qələbə üçün oynayacağıq. Təbii ki, oyunöncəsi müəyyən qədər narahatçılıq var. Ancaq bütün oyunlardan öncə olur. Komandamı Azərbaycanla oyuna hazırlamaq üçün əlimdən gələni etmişəm. Çünki bu oyun bizim çox vacibdir”.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu sabah axşam, saat 22:00-da başlayacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43