Dünya futbolu

Fabio Luis Ramimin yeni iş yeri müəyyənləşdi

Millimizin sabiq futbolçusu Fabio Luis Ramimin yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı yarımmüdafiəçi “Rio-Preto” klubu ilə anlaşıb.

Bu komanda San-Paulu ştatının çempionatında çıxış edir.

Qeyd edək ki, Ramim ölkəmizdə “MKT-Araz”, “Olimpik” və “Bakı” kimi klublarda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43