06 Sentyabr 2024
Dünya futbolu

Fabreqas İtaliya klubunu çalışdıracaq

İtaliya A Seriyasına yüksələn “Komo” klubunu Sesk Fabreqas çalışdıracaq.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssislə yeni müqavilə imzalanıb. O, 4 illik sözləşməyə qol çəkib.

37 yaşlı məşqçi ötən il futbolçu karyerasını da məhz bu klubda bitirmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43