Ölkə futbolu

FAKT! AZAL Almaniyada çıxış edən futbolçudan 6 min dollar tələb edib: “Evimi satıb Bakıya gəldim, ancaq…”

"Bir türk menecer məni Almnaiyadan çağırdı ki, AZAL-da çıxış edəcəksən. Bura gəldikdən sonra isə məndən 6 min dollar pul istədi".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında Almaniyada top qovan, hal-hazırda klubsuz olan Fərrux Kərimov deyib.
Saytımızda gedən yazını oxuduqdan sonra, bizimlə əlaqə saxlayan 26 yaşlı futbolçu Almaniyanın aşağı liqa klublarından "Stern Manierfeld"in şərəfini qoruyurdu. Lakin Kərimov sonaradan karyerasını Azərbaycanda davam etdirmək istəyib. Türk menecer tərəfindən aldadılan futbolçu, ondan tələb edilən 6 min dolların yarısının AZAL-dan istənildiyini bildirib:
"Menecer məndən istədiyi 6 min dolların 3 minini AZAL-a  verəcəkdi. Mən belə düşünürəm. Evimi satıb Bakıya gəldim. İndi pis vəziyyətdəyəm. Hal-hazırda Almaniya 5-ci liqa klublarından olan VfB fortuna Biesdorf"un məşqlərində iştirak edirəm. Burda oynamaq haqqım olmadığından, fərdi məşqlərlə kifayətlənirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43