Dünya futbolu

Falkao peşman oldu: “Monako”nu tərk edir

Mövsümlərarası fasilədə Madrid “Atletiko”sundan “Monako”ya transfer olunan Radamel Falkao atdığı bu addımdan peşman olub.

“Marca”nın yaydığı məlumaa görə, kolumbiyalı hücumçu növbəti transfer pəncərələrinin birində komandanı tərk etmək fikrinə düşüb.

Məlumatda deyilir ki, Falkao özünü aldadılmış hesab edir. Məsələ burasındadır ki, Fransada yüksək vergi səbəbindən futbolçunun illik gəliri 14 milyondan 7 milyon avroya düşüb. Bu isə onun ciddi narazılığına səbəb olub.

Qeyd edək ki, hazırda Londonun “Çelsi” klubunun Falkaonu transfer etmək istədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43