Dünya futbolu

Falkao: “Qalatasaray”da oynamaq həyəcanverici olar”

Adı “Qalatasaray”la hallanan Radamel Falkao açıqlama verib. Kolumbiyalı hücumçu ən qısa müddətdə transferinin baş tutacağını ümid etdiyini bildirib:

“Karyeramın bu mərhələsində “Qalatasaray”da oynamaq həyəcanverici olar. Ümid edirəm, mümkün olan ən qısa müddətdə transferim həllini tapar. “Monako”da məşqlərə qatıldığım üçün hadisələrin kənarında olmağa çalışdım. Avropada savaşmaq və üst səviyyədə futbol oynamaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43