Milli komanda

Millidən böyükhesablı qələbə- YENİLƏNİB

Millət Liqasının III turuna start verilir

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda milli komandamız səfərdə Farer adalarının qonağı olub. Qrupdakı iki oyundan da heç-heçə ilə ayrılan Qurban Qurbanovun yetirmələri bu görüşə mütləq qələbə hədəfi ilə çıxmışdılar. Matça meydan sahibləri üstün başlasa da, Almeydanın 28-ci dəqiqəsində vurduğu qolla yığmamız fasiləyə 0:1 hesabı ilə üstün yollanıb. İkinci hissədə hesabda geridə olan ev sahibləri təzyiqlərini artıraraq hesabı bərabərləşdirmək istəsə də, qarşılaşmanın 67-ci dəqiqəsində əks-hücumda yaxaladığımız imkanı Dmitri Nazarov qola çevirərək fərqi ikiyə çıxartdı. Görüşün 87-ci dəqiqəsində isə oyuna bir neçə dəqiqə əvvəl qoşulmuş Ruslan Qurbanov komandamıza penalti qazandıraraq 3-cü qolu vurmaq şansını yaratdı. Topun gerisini keçən Almeyda özünün ikinci, millinin üçüncü qolunu vuraraq qarşılaşmanın hesabını elan etdi – 0:3.

Millətlər Liqası

D liqası, 3-cü qrup

III tur, 11 oktyabr

22:45. Farer adaları – Azərbaycan 0:3

QOLLAR: Almeyda, 28, 85, Dmitri Nazarov, 67

Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya)

Torshavn. “Torsvollur” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43