Dünya futbolu

Farer adalarında itki: Millimizə qarşı oynamayacaq

Millətlər Liqasında yığmamızın qonağı olacaq Farer adaları itkiylə üzləşib.

Almaniya II Bundesliqasın təmsilçisi “Arminiya”da oynayan Farer adaları millisinin üzvü Yohan Suymun Edmundssonun “İnqolştadt”la matçda dizindən zədələnib.  Millinin baş məşqçisi Lars Olsen Edmundssonun əvəzinə düşərgəyə “B36 Torshavn”ın 21 yaşlı forvardı Maynhard Egilsson Olseni çağırıb.

Qeyd edək ki, Azərbaycan – Farer adaları oyunu noyabrın 17-də BOS-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43