İdman

Fariz Məmmədovdan parlaq qələbə

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirib. 

İdmanxeber.com-un məlumatına görə, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə boksçumuzun rəqibi mərakeşli Samir Boukrara olub. Cəmi 2 raund sürən döyüş Fariz Məmmədovun parlaq qələbəsi ilə yekunlaşıb. Boksçumuzdan 2-ci raundun əvvəlində agır zərbə alan Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb.

Xatırladaq ki, Fariz Məmmədovun növbəti döyüşü revanş xarakterli olacaq. O, ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək.  Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43