Müsahibə

Fariz Nəcəfov: “Kvekveskiri maaşının 3 qatını istəyirdi” – MÜSAHİBƏ

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları (1:1) Polşa təmsilçisi “Yagelloniya” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com həmin müsahibəni təqdim edir.

– Oyun haqda fikirləriniz…
– Sözsüz ki, bu nəticə rəqibi qane edir. Gözlənilən hesab idi, oyundan əvvəl də demişdim ki, komandamız tam hazır deyil. Hər şey cavab matçında bəlli olacaq. 

–  Yeni transferlərin çıxışından necə, razı qaldınız?

– Tam olmasa da razı qaldım. Qarşıdakı oyunlarda yeni transferlər haqda ağız dolusu danışacağımızı düşünürəm. Hazırda tam formada deyillər. 


– Son iki mövsüm komandanın heyətində köklü dəyişikliklər baş verir. Komandanın aparıcı futbolçuları klubu tərk edir yerinə başqaları gəlir. Nə üçün “Qarabağ” kimi optimal heyət formalaşdırmırsız?

– “Qarabağ” şəhərdə məskunlaşır, ona görə də uyğunlaşma prossesi yaxşı olur. Bizim klub isə əyaləti təmsil edir. Gələn futbolçu 1 ildən artıq qalmaq istəmir. “Qarabağ”ı bilmirəm, amma bizdə elə büdcə yoxdu ki, futbolçu özünü yaxşı tərəfdən göstərdikdən sonra ona istədiyi məbləğdə maaş ödəyə bilək. Nika Kvekveskiri maaşının 3 qatını istəyirdi. Bu mümkün olmadığı üçün komandadan ayrıldı. Komandadan ayrılan futbolçuların hərəsinin bir səbəbi olur. Yoxsa biz də istərdik ki, daimi heyətimiz olsun. 


– “Qəbələ”nin mərhələ keçmək şansı var?

– Biz hər zaman gücümüz çatanın maksimumunu etməyə çalışırıq. “Yaqelloniya”ni keçmək gücünə qadirik. Tam əminliklə deyirəm. Cavab oyununda bunun şahidi olacaqsız. Oyundan 4 gün əvvəl Polşaya gedəcəyik. Çarter reysi ilə getməyə pulumuz çatmır. Oyundan 2 gün əvvəl gedəndə də komandada yorğunluq olur. Ona görə də 4 gün matçdan 4 gün əvvəl gedəcəyik.

 

– “Qəbələ” “Yaqelloniya”nı keçməsə, komandanı bağışlamaq olar?

– Bu futboldur. Hər cür nəticə gözləmək olar.

 

– Heyətdə legionerlər çoxdu. Premyer Liqada hamısını oynatmaq mümkün olmayacaq. Bunu necə təsiri olacaq?

– Biz komandanı yalnız Avroliqa üçün qurmamışıq. Daimi heyət qurmağa çalışırıq, Futbolçuların əksəriyyəti ilə 2-3 illik müqavilə imzalamışıq. 

 

– “Qəbələ” nə vaxta kimi avrokubok oyunlarını Bakıda oynayacaq?

– Nə vaxtki büdcəmiş artacaq, öz stadionumuzu tikib bitirəcəyik, o zaman da Qəbələdə oynayacağıq. 

 

– Avroliqada uğursuzluq baş versə, komandanın gələcək taleyinə təsir edəcək?

– Xeyr. Komandanı bir turnirə görə qurmamışıq. “Qəbələ”nin bəlli strategiyası var. O xəttlə də davam edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43