26 Avqust 2019
Ölkə futbolu Premyer Liqa

“Səbail” və “Sabah”dan qələbə

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, XV turda “Zirə” öz meydanında “Sabah”ı qəbul edib. Qarşılaşma 2:0 hesabı ilə “Sabah” komandasının qələbəsi ilə sona çatıb.

Qeyd edək ki, qarşılaşmanın 26-cı dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqədən qırmızı alıb. Matçın 62-ci dəqiqəsində isə “Zirə”nin üzvü Vuqar müstafayev rəqibinə etdiyi fiziki təmasa görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Günün sonuncu matçı ASK Arenada olacaq. Burada “Keşlə” “Səbail”i sınağa çəkəcək. Autsayderlər qrupunda yer alan meydan sahibləri “Sumqayıt”a çatmaq üçün mütləq qələbə qazanmağa borcludu.

Topaz Premyer Liqası

XV tur

2 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”  0:2  

Qollar: Marko Deviç, 47 (p), R.Eyyubov (68)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

19:00. “Keşlə” – “Səbail” 0:3
Qollar:Kevin Kupemba, 14, Elvin Yunuszadə, 53, Ağabala Ramazanov, 59

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”

Oxşar xəbərlər

“Xəzər Lənkəran”dan Pena açıqlaması

admin

“Kəpəz” – “Rəvan” (CANLI YAYIM)

admin

Şahin Diniyev: “Futbolçularımız ağılla oynadılar”

admin