Kateqoriyasız

“Fasilədə Mahirə dedim ki…” – “Legiya”nın baş məşqçisi

“Lex”ə uduzan “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç oyundan sonra millimizin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı da danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Mahirin qol vura bilməməsi ilə bağlı verilə sualı belə cavablandırıb:

“Bunun nədən qaynaqlandığını bilmirəm. Mahirin bu gün qol vəziyyətləri oldu. Bundan istifadə etsəydi, yəqin ki, bu sual mənə verilməzdi. Fasilədə ona dedim ki, daha aktiv olmalı və rəqibin cinahlarındakı boşluqlarından istifadə etməlisən.  İkinci hissəyə çox yaxşı başladı. Dediyim tələbləri yerinə yetirdi. Ancaq Mahir qol vurmağa cavabdehdir. Bunu bu gün etməyib, ona görə də çıxışından razı qala bilməz”.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm avrokuboklarda 10 oyuna 6, Polşa çempionatında isə 8 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43