Dünya futbolu

“Fatih hoca, imkan ver…”

Qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə düşən türkiyəli baş məşqçi Yılmaz Vural, bu dəfə “Qalatasaray”ın və Türkiyə millisinin baş məşqçisi Fatih Terimə söz atıb.

O, milli komandanı çalışdırmaq istədiyini və Fatih Terimin buna imkan vermədiyini deyib.

Yılmaz Vural olmasa, Türkiyə nə edəcək? 60 yaşındayam, tanınan adam olmaq üçün 28 ilimi verdim. Fatih hoca, sən zatən bir sarayın sahibisən, imkan ver “millisaray” da başqasına qalsın. Türkiyənin ən çox oyun keçirən məşqçisiyəm. Xalqın sevimlisiyəm, ancaq heç məni düşünmürlər. Futbolçular müasir qladiatorlardır. Futbolçu bir az parlayan kimi, həmən altına avtomobil, yanına sarışın xanım verirsiniz”.

Ylmaz Vuralın fikrincə yığma komadanı ancaq yerli məşqçiər çalışdırmalıdır: 

“22 komanda çalışdırdım. 2 komanda istisna olmaqla, digərlərindən özüm getdim. Xalq milli komandanın başında məni görmək istəyir. Mənim çalışdırdığım komandanın azarkeşləri artar. Aşağı dəstəyə düşsək belə, yaxşı futbol oynamışıq. Yığmada əcnəbi mütəxəssis uğur qazana bilməz. Mən oyunçularla türkcə anlaşa bilmirəm, o, necə anlaşacaq?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43