Dünya futbolu

Fatih Terim evini satır

Türkiyə millisinin baş məşqçisi Fatih Terim evini satışa çıxarıb.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbər görə, təcrübəli çalışdırıcı Bodrumda yerləşən lüks villasını satmaq qərarına gəlib. O, ailəsi ilə birlikdə istirahət etdiyi villanın satılması üçün Türkiyənin daşınmaz əmlak şirkətlərindən birinə müraciət edib. Məlumata görə, Terim villanı 8 milyon avroya satmaq niyyətindədir.

Onun villanı satma səbəbi isə hələ ki məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43