Dünyadan

Fatih Terim Madrid “Real”la oyun öncəsi iddialı danışdı

"3 heç-heçə 6 xalın itirilməsi deməkdi. Bu da bizim üçün yaxşı bir şey deyil. Ancaq hələ çempionatda marafon qabaqdadı".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim deyib.

"İmperator" ləqəbli çalışdırıcı "Antalyaspor"la oyundan sonra (1:1) gələn həftə Çempionlar Liqasında qarşılaşacaqları "Real"la (Madrid) oyuna da toxunub:

"Atmosferi, taktiki dəyişiklikləri ilə başqa bir oyun olacaq "Real"la matç. Azarkeşlərimizin dəstəyi ilə "Real"ı məğlub edib, tarix yazacağımıza inanıram".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43