22 Oktyabr 2024
Kateqoriyasız

Fatih Terim: “Otelə gedib oyunun təkrarına baxacam”

“Gözəl oyun oldu. Komandamın oyunundan və nəticədən razıyam. Qol vurana kimi daha istəkli oynayırdıq. Lakin hesabı açdıqdan sonra komanda sanki “yatdı”. Buna baxmayaraq komandamda qələbə əzmi gördüm. Türkiyə millizi qələbə qazanmağa adət edib”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Sloveniya ilə oynadıqları yoxlama matçından sonra dyeib.

“İmperator” komandanın heyətində zədəli futbolçunun olmadığına sevindiyini bildirib:

“Açığı oyundna öncə hansısa futbolçumuzun zədələnəcəyindən qorxurdum. Hətta onların baş məşqçiləri ilə dnaışdım. Şükürlər olsun ki, zədəli futbolçumuz yoxdu. Bir yandan da turnir öncəsi qələbə qazanmaq sevindiricidi. Təbii ki, səhvlər oldu. Bu oyunda mən komandanın əsas problemlərini görə bildim. Turnirdə bu səhvlər olmayacaq. Otelə gedib oyunun təkrarına baxacam”.

Qeyd edək ki, Türkiyə yoxlama matçında Sloveniyanı səfərdə 1:0 hesabı ilə məğlub edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43