İdman

Fatih Terim “Qəbələ”nin sabiq üzvünü geri qaytardı

“Qəbələ”nin sabiq üzvü “Qalatasaray”a geri dönüb.

İdmanxeber.com-un məlumatına görə, bu “Qəbələ” futbol akademiyasının keçmiş direktoru Ali Yavaşdı. 67 yaşlı mütəxəssis “sarı qırmızılar”ın futbol akademiyasından məsul şəxs olacaq. 

Əsas komandanın baş məşqçisi postuna gətirilən Fatih Terim klubun keçmiş nümayəndələrinin qayıtmasında vasitəçilik edir ki, onlardan biri də Yavaş olub. Terim aşağı yaş qruplarında bütün səlahiyyətləri ona tapşırıb.

 Qeyd edək ki, Ali Yavaş 2009-cu ildən 2012-ci ilə qədər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43