Dünya futbolu

Fatih Terim: “Real”ın bizə qalib gəlməsi normal nəticə ola bilər”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim sabah Çempionlar Liqası çərçivəsində “Real”la keçirəcəkləri oyunöncəsi mətbuat konfrasansı keçirib.

“İmperator” rəqəbli çalışdırıcı sabahki oyunun o qədər də önəmli olmadığını deyib.

Çünki bu dəfə sabahkı oyundan sonra daha 5 matç oynayacağıq.  Bu oyundakı nəticə qrupun taleyini həll etməyəcək. Ötən mövsümlə bu dəfəki arasında ən böyük fərq budur. “Real”ın bizə qalib gəlməsi normal nəticə ola bilər. Amma biz də mübarizə aparacağıq””.

Komandasının qrupda neçə xal toplamasını hədəf seçmələri ilə bağlı suala cavabında Terim bunları söyləyib: “Hansısa rəqəm desəm, səhv edə bilərəm. “Real”ın favorit olduğu bir qrupda oynayırıq.  Hər matçı yüksək səviyyədə oynamalıyıq. Ötən mövsüm qrup mərhələsində sona üç tur qalmış bir xalımız vardı. Amma növbəti mərhələyə adladıq. Ümid edirəm ki, iki rəqəmli xal yığıb qrupdan çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43