Dünya futbolu

Fatih Terim: “UEFA öz kubokuna “ögey övlad” kimi davranır”

Dünən UEFA Avroliqasının 1/16 turunda İstanbulun “Qalatasaray” klubu “Benfika”nı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, doğma meydanda Lissabon təmsilçisinə 1:2 hesabı ilə məğlub olan “sarı-qırmızılar” turu keçmək şanslarını bir xeyli azaldıb. Oyunun ardından “Qalatasaray”ın baş məşqçisi Ftaih Terim “Benfika”nın qaqzandığı penaltiyə toxunaraq bu turda VAR sisteminin olmamasından gileylənib:

“Təəssüf ki, öz evimizdə məğlub olduq. Oyunda yaxşı olduğumuzu bir vaxtda qapımıza olmayan penalti təyin edildi. Ancaq VAR sistemi olmadığı üçün qərar dəyişmədi. Bu cür turnirlərdə bu sistemdən faydalanmamaq qəbuledilməzdir. UEFA sanki öz kubokuna “ögey övlad” kimi davranır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43