24 Yanvar 2022
Dünya futbolu

Fatih Terimdən transfer açıqlaması

“Aslan” hücumçu axtarışındadır.

Türkiyə Süper Liqasının II turunda “Qalatasaray” öz meydanında “Göztəpə” klubunu məğlub edib. Oyunun ardından “sarı-qırmızı”ların baş məşqçisi Fatih Terim  komandaya yeni oyunçuların ehtiyac olduğunu bildirib:

“Transfer barəsində klub prezidenti ilə də tez-tez görüşürük. Komandaya qoşulacaq yeni oyunçular olacaqdır. Hansı mövqeyə futbolçu lazım olduğunu rəhbərliyə bildirmişəm. Ancaq hücumçu transferi şərtdir.  “Stok Siti”yə satdığımız oyunçumuz Badu Ndiyayeni qaytarmaq istəyirik. Yüksək məbləğdə satılan oyunçuları geri qaytarmaq çox da asand olmur. Ola bilsin ki, onu icarə əsasında heyətimizə qatdıq. Hələ qarşıda 10 günümüz var. Bu 10 gündə komandaya yeni gələn oyunçuların olması ilə yanaşı, gedənlər də olacaq. Gözləyib nə olacağını bir yerdə görəcəyik”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ronaldinyodan bir oyunda iki fantastik qol – VİDEO

admin

“Fənərbağça”dan növbəti xal itkisi – Video

admin

“Kolo Kolo”da Kanales ŞOKu! – FOTO

admin