İdman

Favoritlər qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdmanxeber.az məlumat verir ki, bu gün 14-cü tur çərçivəsində iki oyun baş tutub.

UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” və UNEC komandaları üz-üzə gəliblər. Oyun “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında GİN-nin Voleybol Mərkəzində “Abşeron” klubu “Gəncə”ni qəbul edib. Gərgin keçən qarşılaşmada “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun son qarşılaşması sabah GİN-nin Voleybol Mərkəzində keçiriləcək. “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43