Kateqoriyasız

“Fehervar” – “Qəbələ” matçına doğru – təmsilçimizin xeyrinə olan məqamlar

UEFA Konfrans Liqasının II təsnifat çərhələsi çərçivəsində təmsilçimiz “Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, oyuna maraq azdı. Belə ki, satışa çıxarılan biletlərdən cəmi 3000-dən çoxunu fanatlar əldə edib. 12700 tamaşaçı tutumuna malik “Mol Arena”da 4000 azarkeşin olacağı ehtimal olunur.

“Qırmızı-qaralar”ın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, komanda səfər matçında dəstəksiz qalmayacaq. Stadiondan 80 azərbaycanlı azarkeş təmsilçimizə dəstək olacaq. Bundan başqa, Azərbaycanın Macarıstandakı səfiri və səfirliyin əməkdaşları komandamızı “Mol Arena”da dəstəkləyəcək.

Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43