Dünya futbolu

Felipe Melo yenə qalmaqala səbəb oldu – VİDEO

Braziliya millisinin üzvü Felipe Melo növbəti dəfə qalmaqala səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, "Palmeyras"ın yarımmüdafiəçisi Libertadores kubokunda "Penarol"la matçda rəqib futbolçularla dalaşıb. Uruqvay təmsilçisi ilə oyunun sonlarında futbolçu yumruqlarını işə salıb. Melo və "Penarol" futbolçularını təhlükəsizlik işçiləri ayırıblar. Daha sonra paltardəyişmə otağına qaçan oyunçu davanı orada da davam etdirib.

Qeyd edək ki, Melo açıqlamasında "Qalib gəlmək üçün uruqvayılara yumruq belə ataram" demişdi. Davaya da məhz bu səbəb göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43