İdman

Fellaini qərarını verdi: “Mançester Yunayted”də qalır?

“Mançester Yunayted” futbolçusu Maruan Fellaini ilə müqaviləni uzadıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi daha 2 il Mançester təmsilçisində çıxış edəcək. Yeni sözləşmənin şərtinə əsasən 30 yaşlı futbolçu həftəsinə 100  min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Fellaini 2013-cü ildən “MY”-də oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43