Dünya futbolu

“Fənərbağça” “Beşiktaş”dan ayrılan futbolçunu alır

Türkiyənin “Fənərbağça” klubu “Beşiktaş”la müqaviləsini uzatmayan İsmayıl Köybaşı ilə müqavilə imzalamağa çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, iki tərəf də razılığa gəlib və transferin 1-2 gün içərisində rəsmiyyət qazanması gözlənilir.

Qeyd edək ki, “Qaziantepspor”dan “qara qartallar”a gələn sol cinah müdafiəçisi üçün 

“Fənərbağça” “ağ-qaralar”a heç bir pul ödəməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43