Dünyadan

“Fənərbağça” üçün şok

“Fənərbağça” Superliqanın II turu çərçivəsində qarşılaşacağı “Trabzonspor”la matça ciddi itkilərlər çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “sarı bülbüllər” Trabzon təmsilçisi ilə oyunda Caner Erkin və Raul Meyreleşin xidmətindən yararlana bilməyəcək.

Portuqaliyalı futbolçunun əzələsi dartılıb. Canerin isə sağ ayağnda yırtıq aşkarlanıb. Hər iki futbolçu ən yaxşı halda 2 həftədən sonra komandaya kömək edə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43