Dünyadan

“Fənərbağça” üçün zirehli avtobus

“Fənərbağça” rəhbərliyi bir çox səfər matçında yaşanan qalmaqalları nəzərə alaraq, yeni mövsümdən zirehli avtobusdan istifadə etməyi qərara alıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın avtobusuna daş, taxta və s. alətlərlə edilən hücumlar artıq “sarı-lacivərdlər”i təngə gətirib. Bunun üçün rəhbərlik xüsusi avtobus sifariş verib.

Xatırladaq ki, cari mövsüm “Rizəspor”la səfər matçından sonra İstanbul klubunun avtobusuna silahlı basqın olunmuş və sürücü ağır yaralanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43