Dünya futbolu

“Fənərbağça”lı fanatlar yenə dinc durmadı – FOTO

Türkiyə Superliqasında keçirilən “Fənərbağça” – “Trabzonspor” matçında ev sahibi fanatların açdığı pankart olay yaradıb.

Belə ki, 2010-2011 mövsümündə çempionluq uğrunda yarışda “Fənərbağça” qalib ayrılmışdı. Lakin mövsümün sonunda danışılmış oyunlarla bağlı “Trabzonspor” tərəfi çempionluq kubokunun həqiqi sahiblərinin özləri olduğunu bildirirdilər.

Dünənki oyunda qalmaqalın təməlini qoyan pankart bu oldu: “2010-2011 mövsümü ikincisi Kadıköyə xoş gəldin!!!”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43