Dünya futbolu

“Fənərbağça”ya ŞOK cəza

Türkiyə Futbol Federasiyası "Fənərbağça"nı cəzalandırıb.

Buna səbəb, komandanın azarkeşlərinin "Beşiktaş"la oyunda təhqiramiz şüarlar səsləndirməsi olub. "Fənərbağça" qarşıdakı 1 ev oyununu azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.

Bundan başqa, komandaya 90 min türk lirəsi pul cəzası kəsilib.

Qeyd edək ki "Fənərbağça" – "Bşiktaş" matçı 3:3 hesabı ilə başa çatmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43