İdman

“Fənərbaxça” – “Hapoel” matçında azərbaycanlı hakim

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək.

Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq.

Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43