Dünya futbolu

“Fənərbaxça” “Lion”un futbolçusunu heyətinə qatdı

“Fənərbaxça” 2-ci transferini həll edib.

Idmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il “Fənərbaxça”da çıxış edəcək. 32 yaşlı futbolçunu birdəfəlik transfer etmək üçün müqaviləsinə xüsusi şərt qoyulacaq. Valbuenanın keçidi “Fənərbaxça”ya 4 milyon avroya başa gələcək.

Valbuena iyunun 9-da İstanbula gələrək tibbi müayinədən keçəcək.

“Fənərbaxça” daha öncə “Trabzonspor”dan Mehmet Ekicini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43