Dünya futbolu

“Fənərbaxça”da daha bir dönəm sona çatır

Bu mövsüm ardıcıl xal itkilərindən sonra çempionluq şanslarını aşağı salan “Fənərbaxça”da mövsüm sonu gözlənilməz ayrılıq baş verəcək.

İdmanxeber.com xəbər verir ki, növbəti mövsüm radikal dəyişikliklər etməyi planlaşdıran rəhbərlik komandanın qolkiperi Volkan Dəmirəllə müqaviləni uzatmayacaq. Klub 36 yaşlı əlcək sahibinin başa çatacaq müqaviləsini yeniləməmək qərarını verib.

Qeyd edək ki, 15 il “sarı-lacıvərd”li formanı geyən kapitan 2002/03 mövsümündə “Qartalspor”dan “Fənərbaxça”ya transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43